Qış tədarükü - əzgil turşusu

Qış tədarükü - əzgil turşusu
Dadlı Reseptlər
10.09.2017 29
Tərkibi:

2 kilo əzgil

1 kilo toz şəkər

2 ədəd limon suyu

2 litr su



Bu reseptlə alınmış əzgilləri suda yuyun , suyu süzüldükdən sonra bıçaqla dörd bir yandan 2 sm uzunluğunda kəsin.

Daha sonra 1 litr suya toz şəkərlə və limon suyunu əlavə edin və əriyənə qədər qarışdırın. Əzgilləri qaba boşaldın. Hazırladığınız şəkər qarışığını əzfillərin üzərinə əlavə edin və ağzını yaxşıca bağlayın. 15-20 gündən sonra əzgil turşusu hazır olacaq.

Qış tədarükü - əzgil turşusu

və ya digər reseptlə lazım olan ərzaqlar:

1 kilo əzgil

1 dilim çörək

duz

su



Çürüyü olmayan və nə çox sərt, nə də çox da yumşaq olmayan əzgillər alın. Evə gətirdikdən sonra axar suyun altında yuyun.çıxarış və bol su ilə yuyun. Əzgilləri turşu balonlarına doldurun.

1 litr suya 40 qram duz qarışdırmaqla duzlu su hazırlayın və əzgillərin üzərinə bir barmaq qalana qədər tökün.

Əlinizdəki bir dilim çörəyi təmiz bir bezə bükün və turşu qabının ən üstünə qoyub hava almayacaq şəkildə olmasına əmin olandan sonra turşu qabının ağzını möhkəmcə bağlayın.

Sərin və günəş düşməyən yerdə 2 ay boyunca saxlayın. 2 aydan sonra dadlı turşunuz artıq hazır olacaq.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!