Qarpız şərbəti resepti

Qarpız şərbəti resepti
Dadlı Reseptlər
10.09.2017 25
Tərkibi:

1 qarpızın yarısı

2 nanə budağı

0,5 st. şəkər tozu

1,5 st. ilıq su

1 ç.q. darçın

0,5 limon şirəsi

buz

4 st. limonad



Limonad üçün:

4 st. su

1 st. şəkər tozu

4 limon



Bəzək üçün:

nanə yarpaqları



Hazırlanması:

Limonad üçün: su ilə şəkər tozunu qaynadıb soyudun. Limonların şirəsini çıxarıb süzün, şərbətə əlavə edin.



Qarpızı dilimləyib tumlarını çıxarın. Əlinizlə basaraq ələkdən keçirin. Suyunu süzüb bir qaba yığın.



Nanəni xırda doğrayın, qarpız suyu, şəkər tozu, su, darçın, limon şirəsi ilə yaxşıca qarışdırın. Hazırladığınız limonadı da əlavə edib qarışdırın, buz dolabında 1 saat saxlayın.



Badələrə buz parçaları yerləşdirin, üstünə qarpız şərbəti tökün, nanə yarpaqları ilə bəzəyin. Süfrəyə soyuq verin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!