Quşüzümlü portağal şirəsi

Quşüzümlü portağal şirəsi
Dadlı Reseptlər
10.09.2017 12
Tərkibi:

300 qram dondurulmuş quşüzümü (təzə olsa lap yaxşı olar)

3 ədəd portağal

1.5 stəkan su

4 xörək qaşığı şəkər tozu

1 ədəd darçın çubuğu



Hazırlanması:

Portağallar yuyulur və qabıqları soyulur.

Quşüzümünün donu açılır və yuyulur.



Daha sonra quşüzümü blenderdən keçirilir.



Portağalların şirəsini sıxırıq və püre halına gəlmiş quşüzümü tənzifdən keçiririk. Hər iksini ayrı stəkanlarda soyuducuya qoyuruq. Şirəsi sıxılmış portağalları və tənzifdə qalan quşüzümü püresini atmırıq.



Bir qaba artıq qalan portağalları və quşüzümünü töküb, su əlavə edirik. Üstünə bir ədəd darçın çubuğunu və şəkər tozunu əlavə edib, orta odda 5 dəqiqə qaynadırıq. Odun üstündən götürülür. Qazanın qapağı qoyulur və 30 dəqiqə gözlədilir. Daha sonra süzülür, bir az soyuyur və soyuducuda ayrı-ayrı stəkanlarda olan portağal şirəsi və tənzifdən keçirilərək suyu süzülmüş quşüzümü ilə qarışdırılır.



Quşüzümlü portağal şirəmiz hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!