Limonad resepti

Limonad resepti
Dadlı Reseptlər
10.09.2017 20
Aprel-may ayları insanların ən çox susuzladıqları aylardır. Havalar isinir və sizin susuzluğunuzu aradan qaldıra biləcək limonad hazırlaya bilərsiniz. Necə? Oxuyun!



Tərkibi:

10 ədəd limon,

700 qr şəkər tozu,

4 L su, 1 portağal,

yaşıl nanə yarpaqları.



Hazırlanması:

Limon və portağalın qabıqlarını soyub, rəndələyin. Bunları şəkər tozu ilə ovaraq 15 dəqiqə qarışdırın. Portağal və limonların hər birini 8 dilimə bölün. Şəkər qarışığına bu dilimləri əlavə edin. Yarım litr su əlavə edin. Qarışdıraraq əzin. Yarım litr su yenə əlavə edin və qarşdırın. Bunu 3 dəfə təkrar edin. Sonra qalan 2,5 litr suyu da əlavə edin. Təmiz bezdən süzün. Təzə nanə yarpaqları ilə bəzəyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!