Çuğundur kvası resepti

Çuğundur kvası resepti
Dadlı Reseptlər
10.09.2017 4
Çuğundur kvası orqanizmi yığılıb qalmış tullantılardan təmizləməyə kömək edir. Həmçinin böyrəklərdən, bağırsaqlardan, qan-damarlarından, qaraciyərdən bütün lazımsız şeyləri uzaqlaşdırır.



Bu kvas metodu mayasız hazırlanır.



Tərkibi:

1 yumru çuğundur

2 litr su (qaynadılmış, soyumuş, ya təmizlənmiş )

4x.q şəkər

1 çovdar çörəyi



Hazırlanması:

Təmizlənmiş çuğundur nazik-nazik doğranılır, şüşə qaba doldurulur, üzərinə qaynanamış su, şəkər və doğranmış çörək əlavə olunur. Şüşə qabın ağzını cuna ilə bağlayıb 3 gün qıcqırdılır. Bundan sonra kvas süzülür, şüşə qablara yığılıb ağzı kip halda sərin yerdə saxlanılır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!