Mərzə çayının faydaları

Mərzə çayının faydaları
Dadlı Reseptlər
10.09.2017 30
Mərzənin güclü ətri var və o, balıq yeməklərində daha çox istifadə edilir. Latınca adı Origanum majorana-dır. İlboyu becərilən və məhsul verən bitkidir. Yüz illərdir ki, bu bitkidən müxtəlif xəstəliklərin müalicəsi zamanı istifadə edilir. Mərzə bitkisi Antik Yunanıstanda və Romada xoşbəxtliyin simvolu kimi tanınırdı. Mərzə çayından daha çox spazm, köp zamanı, sidikqovucu və tərlədici kimi istifadə edilir. Mərzə çayı immun sistemini gücləndirir. Həzm prosesinə çox böyük faydası var. Bunlarla yanaşı o, quru öskürəyə, mədədə köpə, astmaya, revmatik ağrılara, diş ağrısına və baş ağrısına gözəl təsir edir.



Mərzə çayı necə dəmlənir?

1 fincan mərzə çayı hazırlamaq üçün bir fincan soyuq suya bir dolu çay qaşığı mərzə tökərək orta oda qoyulmalıdır. Su qaynamağa başlayan kimi, ocağı azaldıb vam odda 5-10 dəqiqə dəmləmək lazımdır. Çay dəmləndikdən sorna onu 5 dəqiqə soyudaraq içə bilərsiniz.



Mərzənin sağlamlığa təsiri

Əslində bu barədə çox az araşdırmalar aparılıb. Ancaq bilinir ki, 2 çay qaşığı məzrə günlük ehtiyacımız olan A vitamininin 6 %-ni, kalsiumun 8 %-ni, dəmirin 18 %-ni və C vitamininin 4 %-ni özündə ehtiva edir.



Mərzə çayından soyuqdəymə zamanı tərləmək üçün, eləcə də ümmunitet sistemi zəif olan kəslər immunitetini daha qısa müddətdə gücləndirmək üçün istifadə edə bilər. Həzm problemi çəkən şəxslər mərzə çayını yeməkdən 2 saat sonra 2 saatlıq fasilələrlə içməlidir. Mərzə çayı mədəni sakitləşdirir və köpü aradan qaldırır. Əgər mədənizdə ağrılar varsa, mərzə çayı onun çarəsidir. Amma unutmayın ki, nə olursa-olsun, mütləq həkim müayinəsindən keçməlisiniz. Əgər ağrılarınız çoxdursa, sadəcə bitki çayı içib üzərindən keçmək olmaz.



Mərzə çayı tərlətmə xüsusiyyəti ilə bədəndəki toksinləri qısa müddətdə bədəndən kənarlaşdırır.



Mütəmadi olaraq həddindən çox qəbul edilən mərzə çayı ürək bulanması, ishal kimi problemlər yarada bilər. Ona görə də həddi aşmamaq lazımdır. Çalışın ki, gün ərzində 3 stəkandan çox mərzə çayı işməyəsiniz. Mütəmadi olaraq dərman qəbul edənlər mərzə çayını içməzdən əvvəl həkimlə bu barədə məsləhətləşməlidir.



Mərzə çayının hamiləlik və südvermə dövrlərində necə təsir etməsi barədə məlumatlar olmadığına görə bu vaxtlar içilməməsi tövsiyə edilir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!