Qarın yağlarını əridən effektli çay resepti

Qarın yağlarını əridən effektli çay resepti
Dadlı Reseptlər
10.09.2017 23
Yağyandırıcı təsiri elmi təcrübələrdə sübut olunmuş qidalar birlikdə istifadə edildikdə daha yaxşı effekti olur.



Onlardan hazırlanan çay əsas qarın olmaqla, bədəndə olan artıq yağları yandırır. Qarın yağlarını əridən limon və qreypfrut çayının reseptini təqdim edirik:



Tərkibi:

2 ədəd orta boy limon

2 ədəd orta boy qreypfrut

2 yemək qaşığı əsl bal

4 damcı nanə yağı

4 stəkan su



Hazırlanması:

Limon və qreypfrutun qabığını soymadan dörd hissəyə bölüb qazana tökün və üzərinə dörd stəkan su əlavə edib, on dəqiqə qaynadın. Qazanı ocaqdan götürüb süzün və içərisinə bal ilə nanə yağını əlavə edib qarışdırın. Gündə üç dəfə tox qarına bir stəkan için.

Qeyd: Evdə nanə yağı yoxdursa, bir xörək qaşığı quru nanə əlavə edib qaynada bilərsiniz. Qarın əridən limon və qreypfrut çayını hər gün təzə hazırlamalısınız.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!