Ən dadlı və faydalı şərbət resepti

Ən dadlı və faydalı şərbət resepti
Dadlı Reseptlər
10.09.2017 111
İsti yay günlərində ətirli soyuq şərbət susuzluğu çox yaxşı yatırdır, sərinləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır.



Belə şərbət həmçinin çox faydalıdır. Şərqdə qədim zamanlardan növbənöv şərbətlər hazırlanır. Ən dadlı və faydalı şərbətlərdən biri limon şərbətidir.



Tərkibi:

- 2 ədəd limon (mütləq yerli limon olmalıdır. "Xarici" limonların üzərinə uzun müddət ərzində saxlanılması üçün "mum" çəkilir, bu mun isə ziyanlıdır.),

- 1/3 stəkan şəkər tozu (zövqə görə artırmaq olar, lakin şərbət çox şirin olmamalıdır, əks halda belə şərbət əksinə susuzluğu artıracaq),

- 1 l su,

- 1 çay qaşığı gül şirəsi,

- 0,1 qr zəfəran.



Hazırlanması:

1. Su və şəkər tozundan şirə bişirilir.

2. Limon soyulur.

3. Zəfəran az miqdarda qaynar suda dəmlənilir.

4. Limon qabıqları şirəyə tökülür, 2-3 dəqiqə vam odda qaynadılır.   

5. Limon şirəsi sıxılır və bir qədər soyudulmuş şərbətə əlavə olunur, yaxşı qarışdırılır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!