Ramazanda sərinləşdirən içki reseptləri

Ramazanda sərinləşdirən içki reseptləri
Dadlı Reseptlər
10.09.2017 19
İsti günlər səbəbiylə oruc tutan insanlar daha çox susuzluq yaşayırlar. Buna görə də, iftar süfrələrində müxtəlif sərinləşdirici içkilərin olması vacıbdir.



İftar süfrələrində olması vacib olan bəzi içkilərin reseptlərini təqdim edirik:

Limon sərinliyi üçün
: 2 ədəd limon, 1 stəkan şəkər tozu, 1 çay qaşığı dənəvər yaşıl qəhvə, 400 ml su, İstədiyiniz qədər buz. lLmonlardan birinin suyunu sıxın digərini dilimləyin və su, yaşıl qəhvə, şəkər tozu və buz ilə qarışdırın.

Ətirli mədən suyu üçün lazımlı vəsaitlər: 2 şüşə təbii mineral suyu, 1 paket yaşıl çay, 1 kiçik kasa reyhan, 1 dənə xiyar. Reyhanı incə-incə doğrayın və xiyarları dilimləyin, mədən suyu ilə qarışdırın və yaşıl çay əlavə edin, dəmləndikdən sonra istehlak edə bilərsiniz.

Badam südü isə E vitamini tərkibi və yüksək antioksidant xüsusiyyəti ilə dəri yaşlanmasını önləyər. 200 ml badam südü, 1 çay qaşığı vanil, 100 qram təzə qırmızı meyvələr (çiyələk, moruq, böyürtkən) istənildiyi qədər buz. Bütün vəsaitləri qarışdırıb blenderdən keçirib içə bilərsiniz.

Kakaolu süd üçün də: 200 ml light süd, 1 çay qaşığı kakao, 20 qram bitter şokolad, 100 qram banan. Bütün vəsaitləri qarışdırıb blenderdən keçirin, istəyə bağlı buz əlavə edə bilər ya da isti içə bilərsiniz.

Suyunuzu ətirli etmək də mümkündür: 2 paket ağ çay, 1 dənə çubuq darçın, 2 dənə qərənfil, bir dilim qurudulmuş portağal, ananas, kivi, 1 litr su. Bütün vəsaitləri 1 litr su ilə qarışdırıb gün ərzində istehlak edin.



Hər kəsə xeyirli ramazanlar diləyilə...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!