Osmanlı saray limonad resepti

Osmanlı saray limonad resepti
Dadlı Reseptlər
10.09.2017 15
Osmanlı mətbəxindəki reseptə uyğun olaraq hazırlanan buz kimi limonad isti yay günlərində dadlı və həmçinin sağlam sərinləşdirici içkidir.

Bu limonad qida dəyərləri baxımından tam bir sağlamlıq dostudur. Xoş ətirli nanə yarpaqları ilə servis edilməsi içkiyə daha çox ləzzət qatır.



Tərkibi:

(10-11 nəfərlik)

- Limon - 3 ədəd

- Portağal - 1 ədəd

- Şəkər tozu - 1 böyük kasa

- Su - 2 litr



Üzəri üçün:

- Nanə yapraqları



Hazırlanması:

Limonlar yaxşıca yuyularaq qabıqları rəndələnir. Üzərilərinə şəkər tozu tökülüb yaxşıca ovalanır. Sonra 2 limon və 1 portağal nazik-nazik dilimlənir. Limon və portağal dilimləri şəkərli qarışıma əlavə olunur və ovalanır. Ardından 2 litr su əlavə edilərək qarışdırılır. Hazırlanan qarışım süzgəcdən süzülür və təzə nanə yapraqları ilə bəzədilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!