Bişirilmədən hazırlanan moruq mürəbbəsi resepti

Bişirilmədən hazırlanan moruq mürəbbəsi resepti
Dadlı Reseptlər
10.09.2017 31
Moruq çox faydalı giləmeyvədir. Moruq əsl təbii dərmandır.

Giləmeyvənin bütün faydalı xüsusiyyətlərini uzun müddət ərzində saxlamaq üçün aşağıdakı moruq mürəbbəsi reseptindən istifadə edin.



Tərkibi:

- moruq - 1 kq

- şəkər tozu - 2 kq (2 kq moruq üçün 4 kq, 3 kq moruq üçün - 6 şəkər şəkər tozu və s. götürülür).



Hazırlanması:

1. Mürəbbə üçün yalnız dəymiş zədələnməmiş giləmeyvələr istifadə olunur.

2. Moruğu diqqətlə təmizləyin, süzgəcə yığıb soyuq axar suyun altında yaxşı yuyun və süzgəcdə saxlayın ki, artıq su axsın.

3. Daha sonra moruğu dərin minalanmış ləyənə tökün və taxta həvənglə yaxşı-yaxşı əzin.

4. Ləyənə şəkər tozunun 1/4 hissəsini tökün və yaxşı qarışdırıb 30 dəqiqə saxlayın. Bunu bir neçə dəfə şəkər tozu qurtarana kimi təkrarlayın. Şəkər tozu mürəbbəyə hissə-hissə əlavə olunduqda daha tez və yaxşı əriyir.

5. Mürəbbəni ev temperaturunda bir neçə saat ərzində saxlayın ki, şəkər tozu tamam həll olunsun.

6. Bankaları yaxşı yuyun və buxarın üzərində sterilizasiya edin və ya soyuq sobaya qoyub temperaturunu 100 C qoyun ki, bankalar qurusun və sterilizasiya olunsun. Qapaqları 10 dəqiqə ərzində suda qaynadın.

7. Hazır mürəbbəni təmiz bankalara yığın və qapaqlarla kip bağlayın.

8. Mürəbbəni sərin yerdə saxlamaq lazımdır (yayda soyuducuda, daha soyuq mövsümlərdə açıq balkonda saxlamaq olar).



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!