Duzlu limon resepti

Duzlu limon resepti
Dadlı Reseptlər
10.09.2017 38
Buralarda duzlu xiyarı sevirlər, Mərakeş, Kamboca, yaxud Hindistanda isə limonu. Onu müxtəlif üsullarla marinə edirlər - zəncəfil, ağ ətirli istiot, sarımsaq, xardal qatılmış sirkədə, yaxud duzda. Belə limon bazarlarda satılır. Evdə də hazırlanması rahatdır. Şorba, sous, raqu üçün, toyuq və balıq yeməkləri üçün əladır.



Tərkibi:

3-4 limon

1-1,5 x.q. duz



Hazırlanması:

500 ml-lik banka götürün. Dibinə 1 x.q. duz tökün.

Limonların "quyruq"larını kəsib uzununa 4 yerə bölün.

Duzu kəsiklərinə sürtün, bankaya yığın. Limonun şirəsi bankanı tam tutmalıdır, ona görə qalın taxta oxlovla bacardıqca basın, mümkün qədər çox limon yığın.

Bankanın qapağını bərk bağlayın. Otaq temperatunda 30 gün saxlayın. Günaşırı bankanı tərs çevirin ki, limonlar yaxşı duzlansın.

Hazır duzlu limonları bankanın ağzını açdıqdan sonra soyuducuda saxlayın.

Böyütmək üçün şəkillərə klikləyin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!