Dolma bibər turşusu resepti

Dolma bibər turşusu resepti
Dadlı Reseptlər
10.09.2017 13
Tərkibi:

2 kq dolmalıq bibər,

1 orta ağ kələm,

5-6 ədəd uzunsov bibər,

3 pomidor,

2 dənə qırmızı bibər,

3 dənə kök,

30 diş sarımsaq,

Yarım dəstə cəfəri,

60 q duz,

1 litrə su,

3 stəkan sirkə,



Hazırlanması:

Bütün ərzaqları böyük bir qaba yığın.

Bol su ilə yuyun.

Ardından suyun içərisinə 2 stəkan sirkə əlavə edib 1 saat saxlayın.

Dolmalıq bibərlərin içi tamamən təmizlənməli və təkrar yuyulmalıdır ki, tumu qalmasın.

Kökü rəndənin qalın tərəfi ilə rəndələyin.

Cəfəri, sarımsaq və kələmin yarısı incə bir şəkildə doğranmalı.

Pomidor, uzunsov bibər və qırmızı bibərləri fındıq böyüklüyündə doğrayın.

Bibərlər xaric bütün ərzaqları qatın.

Dolmalıq bibərlərin içərisinə hazırladığınız qarışığı doldurun.

Yanlarına isə doğranmayan sarımsaqları əlavə edin.

1 litrə suyun içərisinə 50 q su və 1 stəkan sirkə qatıb dolma bibərlərin üzərinə gəzdirin.

Sonra bankalara yığıb ağzını möhkəm bağlayın.

Turşunun tam hazır olması üçün 1 ay vaxt lazımdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!