Közlənmiş qırmızı bibər resepti

Közlənmiş qırmızı bibər resepti
Dadlı Reseptlər
10.09.2017 14
Tərkibi:

2 kq qırmızı bibər,

2 baş sarımsaq,

yarım çay stəkanı sirkə,

yarım çay stəkanı zeytun yağı,

1 ,5 şirniyyat qaşığı iri duz,

1 şirniyyat qaşığı şəkər,

1 litrə su,



Hazırlanması:

Bibərləri yuyun.

Başlarını bıçaqla kəsib dolma bibəri oyar kimi içini çıxardın.

Fırın sinisinə düzün , yarım saata yaxın arxalı önlü olacaq şəkildə 200 dərəcə qızdırılmış fırında bişirin.

İsti halda diqqətli bır şəkildə soyun.

Bankalara doldurun və sarımsağı əlavə edin.

Sirkə, zeytun yagı, duzu, şəkəri suya qataraq qarışıq hazırlayın və bankalara yığdığınız bibərlərin üzərinə tökün.

Qapagını möhkəm bağlayın.

Soyuducuda 1 gün saxlayın.

Bir həftə içərisində istifadə edə bilərsiniz.



Püf nöqtələri:

Bankaların ağzını möhkəm bağlayın.

Hava almamalıdır, çünki hava alan bibər turşusu qısa zaman ərzində xarab ola bilir.

Mütləq soyuducuda saxlayın.

Sızma zeytun yağı işlətsəniz daha da dadlı olar.

Soyuducuya qoyduqda yağ donacaqdır.

Dadı zövqünüzə uygun hazırlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!