Xiyar turşusu resepti

Xiyar turşusu resepti
Dadlı Reseptlər
10.09.2017 25
Tərkibi:

1 kq xiyar ,

su (mümkünsə qaynar su),

4-5 şorba qaşığı qaya duzu,

1 şorba qaşığı toz şəkər,

10 diş sarımsaq,

2 çay stəkanı sirkə,

10-12 dənə cəfəri,



Hazırlanması:

Təzə, sərt, kiçik və eynı ölçüdə xiyar işlədin. İçlərində əzik, çürük və kifli olanları ayırın.

Təmiz yuyun.

Xiyarları bankalara doldurun.

Duzunu uzərinə əlavə edin.

Sarımsaqlarını da bankalara yerləştirin.

Sirkə əlavə edin.

Suyunu xiyarların üzərini örtəcək qədər tökün.

Cəfərini lap üstə qoyun və qapağını qapadın.

Dəzgah üzərində ya da düz bir yerdə 2 gün saxlayın ki , suyu azaldıqca üzərinə bir az daha su əlavə edin.

Qapağını möhkəm bağlayıb, sərin bir yerdə 4-5 həftə gözlətdikdən sonra istifadə edə bilərsiniz.

Not:

Xiyar
turşusunun yeyiləcək hala gəldiyni i belə anlamaq olar. Xiyarların
rəngi sarıya dönər. Ortadan ikiyə bölündüyündə ətinin rəngi çöldən içə
doğru eynı və saf görünüşdə olur. Ayrıca dad və iyin dəyişməsi ilə
də anlaya bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!