Təzə lobya konservi resepti

Təzə lobya konservi resepti
Dadlı Reseptlər
10.09.2017 12
Tərkibi:

2 kq təzə lobya.

2 litrə isti su,

4 şirniyyat qaşığı duz,



Hazırlanması:

Təzə, körpə, qılçıqsız lobyalar seçin.

Lobyaları bir neçə dəfə axar suda yuyn.

Uçlarını, varsa qılçıqlarını təmizləyin və istənilən uzunluqda doğrayın.

Qaynar suda və ya buxarda beş dəqiqə bişirin.

Lobyaları bir süzgəcə alın və lobya qaynayan suyu süzərək atın.

Əvvəlcədən təmizlənmiş, yuyulmuş və qaynar suda saxlanılan bankalara lobyaları isti –isti doldurun.

Bankaları
doldurarkən soyuq mərmər üzərinə qoysanız , çatlaya bilər. Bu səbəblə
bir taxta və ya bez üzərində doldurmaq ya da doldurmadan əvvəl
bankaları isti buxara tutmak yararlı olacaqdır.

Bankaların dibinə və lobyaların üstünə bir dilim pomidor qoyun.

Bir kiloluq bankalara bir şirniyyat qaşığı, yarım kiloluq bankalara yarım şirniyyat qaşığı duz qoyun.

Lobyalrı tamamen örtəcək və üstündə 1,5 sm boşluq qalacaq şəkildə üzərinə qaynar suyu tökün.

Ucu
sivri olmayan təmiz bir bıçaq və ya qaşıq sapını bankaların dibinə
qədər batıraraq bir neçə dəfə sağa-sola hərəkət etdirin.

Bu şəkildə lobyaların arasında qala biləcək hava çıxarılmış olur.

Sonra isə əvvəlcədən yuyulmuş , qaynar suya salınmış qapağı banklaların ağzına qoyun.

və bərk bağlayın.

Düdüklü qazanın dibindən 3-4 barmaq su koun.

Su səviyyəsi bankaların 1/3 boyunu keçməməlidir.

Qazanın qapağını bağlayaraq ocağı yandırın.

Yarım
kiloluk bankalar üçün 25 dəqiqə, bir kiloluk bankalar üçün 30 dəqiqə
sürəylə buxar çıxan hissəsi açıq vəziyyətdə orta hərarətli atəşdə
qaynadın.

Bankaları aralı-aralı olaraq bir bez və ya taxta üzərində qapaqları yerdə olmaqla bir gecə saxlayın.

Sızıntı olup –olmadığını kontrol edərək , sərin, və rütubətsiz bir yerdə istifadə olunana qədər saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!