Limon turşusu resepti

Limon turşusu resepti
Dadlı Reseptlər
10.09.2017 27
Tərkibi:

3 ədəd ətli limon (qalın qabıqlı,)

3 yemək qaşığı duz,

Yetərincə zeytun yağı,

1 limonun suyu



Hazırlanması:

Limonları yuyub uçlarını kəsin, incə dilimlərə bölün.

Bir sıra limon dilimini bir servis tabağına düzün.

Üzərinə dəniz duzu səpin.

Bütün limonlar bitincəyə qədər eynı işləmi təkrarlayın.

Üzərini örtərək soyuducuda bir gün saxlayın.

Ertəsi gün limonları bir şüşəyə yerləşdirin.

Üzərinə bir limonun suyunu əlavə edin.

Limonların üzərini örtəcək qədər zeytun yağı gəzdirib qapağını möhkəm bağlayın.

Günəş görməyən sərin bir rəfdə 6-7 gün saxladıqdan sonra istifadə edə bilərsiniz.

Qapağını açdıqdan sonra bankanı soyuducuda muhafizə edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!