Duza qoyulmuş zeytun resepti

Duza qoyulmuş zeytun resepti
Dadlı Reseptlər
10.09.2017 37
Tərkibi:

Zeytun

Qələvi

Duz

Fenolftaein (apteklərdə satılan purgen dərmanı da olar)



Hazırlanması:

Zeytun
həm kal, həm də yetişmiş duzlanır. Kal zeytun dərilir (təxminən noyabr
ayında) və təmizlənir. Acılığı yox etmək üçün qələvi məhluluna qoyulur.
Bu məhlulda zeytun ancaq üç günədək qala bilər. Bundan sonra zeytun
məhluldan çıxarılıb axar su altında yuyulur və hər gün dəyişmək şərti
ilə bir neçə gün təmiz suda saxlanır. Qələvinin tamam yox olmasını
bilmək üçün zeytunun biri kəsilir və içinə fenolftalein (apteklərdə
satılan purgen dərmanından istifadə etmək olar) sürtülür. Zeytunun içi
qızarmırsa, deməli, qələvi təmizlənmişdir. Bundan sonra zeytunun üstünə
duzlu su (1 litr qaynadılmış soyuq suya 50 qram duz) tökülüb turşumağa
qoyulur. Turşuma vaxtı əmələ gələn qazın yaxşı çıxması üçün zeytun olan
qabın qapağında deşik açılır və ora rezin borucuq keçirilir, ya da
qapaqda bir neçə deşik açılır. Turşuma 15-20 gün çəkir. Bundan sonra
zeytun hazır olur.



Qələvinin hazırlanması:

10 L suya 175-200 q. natrium və ya kalum qələvisi (potaş) qoyulub qarışdırılır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!