Qoz mürəbbəsi resepti

Qoz mürəbbəsi resepti
Dadlı Reseptlər
10.09.2017 29
Tərkibi:

Emal edilmiş qoz – 1 kq,

şəkər – 1,5 kq, (50 ədəd qoza 1 kq şəkər).

limon duzu– 3 q,

mixək – 3 q və ya hil – 3q

əhəng



Hazırlanması:

Mürəbbə
bişirmək üçün orta böyüklükdə, qabığı odunlaşma­mış sü­tül qoz
götürülür. Qozun qabığı nazik soyulur, gündə 2–3 dəfə suyunu dəyişmək
şərtilə 3 gün suda saxlanılır, sonra qoz əhəng suyuna qoyulur. Gündə 4–5
dəfə qarışdırmaq şərtilə 2–3 gün əhəng suyunda saxlanılır. Əhəng
suyundan çıxarılmış qozlar bir neçə yerindən de­şi­lib yenidən hər gün
2–3 dəfə suyunu dəyişmək şərtilə 3 gün suda saxlanılır. Belə­liklə, emal
edilmiş qozlar qaynar suda 20–25 dəq. pörtülür. Üzərinə şərbət əlavə
edib arada 4–6 saat saxlamaq şərtilə 2–3 dəfəyə bişirilir. Axırda limon
turşusu, mixək və ya hil əlavə edilir və 20 gündən az olmayaraq
yetişdirilir. Əhəng suyunu hazırlamaq üçün 500q təmiz əhəng 3 litr suda
həll edilib, 3–4 saat saxlanılıb və çökmüş əhəngin üst qatındakı şəffaf
məhlul tənzifdən süzülür.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!