Təzə ərik mürəbbəsi resepti

Təzə ərik mürəbbəsi resepti
Dadlı Reseptlər
10.09.2017 21
Tərkibi:

1 kq təzə ərik (bərk olanlardan),

700 gram toz şəkər,

2 su stəkanı su,

Yarım çay qaşığı limon duzu,



Hazırlanması:

Ərikləri yuyub süzdükdən sonra çəkirdəklrini çıxardın və ikiyə bölün.

Ərikləri qazana yığın.

Üzərinə şəkəri əlavə edib bir neçə saat bu şəkildə saxlayın.

Daha sonra suyunu əlavə edin.

Yüksək atəşdə bir neçə dəqiqə qaynadın.

Atəşi azaldıb üzərinə toplanan köpükləri təmizləyərək 15 dəqiqəyə yaxın bişirin.

Ocaqdan almaya bir neçə dəqiqə qalanda limon duzunu əlavə edin.

Otaq temperaturunda soyumaya qoyun.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!