Pomidorun qabığından tomat resepti

Pomidorun qabığından tomat resepti
Dadlı Reseptlər
10.09.2017 20
Pomidor ən çox istifadə olunan tərəvəzlərdən biridir. Bu ləzzətli
tərəvəz dadı və qoxusu ilə hamının ağız dadına uyğundur. Təəssüf ki,
pomidorun qabığı özü qədər sevilmir. Halbuki onun qabıqlarını atmaq da
israfçılıqdır. Çünki pomidorun özü qədər faydalı olan qabığından dadlı
tomat hazırlaya bilərsiniz.



Tərkibi:

Pomidor qabığı

Duz

 

Hazırlanması:

Pomidor qabığını böyük bir qaba töküb duzlayın. Daha sonra kağız
torbalara doldurun. Torbaları ləyənə qoyub günəşin altında
saxlayın. Ləyən dolduqca suyu boşaldın. Arada bir torbaları silkələyərək
qarışdırmağa çalışın. 4-6 gündən sonra qabıqları süzgəcdən keçirin. Su
qaynayıb qatılaşana, tomat halına düşənə kimi qaynadın. İsti halda şüşə
qablara doldurub qabları ağzıüstə çevirin. Üstünü tünd rəngli parça ilə
örtüb 1 gün qaranlıqda saxladıqdan sonra soyuducuya qoyun. Bu tomatdan
qış aylarında asanlıqla istifadə edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!