Pomidor, şaftalı və fıstıq şirəsi resepti

Pomidor, şaftalı və fıstıq şirəsi resepti
Dadlı Reseptlər
10.09.2017 16
Tərkibi:

4 ədəd orta şaftalı

2 ədəd böyük pomidor

dəniz duzu

8-10 ədəd təzə reyhan yarpağı (və ya 2 dəstə reyhan)

1 böyük və ya 2 kiçik laym

yarı laymın üz qabığı

28 qr fıstıq (stəkanın 1/4 hissəsi qədər)

22 ml zeytun yağı



Hazırlanması:

Ərzaqlar hazırlanır. Sonra şaftalı və pomidorların üz qabıqları soyulur (pomidor qabığını rahat soymaq haqqında burada oxuyun. Eyni qayda ilə şaftalı qabığınıda rahat soymaq mümkündür).

Soyulandan sonra, şaftalı, pomidor, bir çimdik dəniz duzu, 4-5 ədəd reyhan yarpağı və laym qabığı blenderdən keçirilərək laym şirəsi ilə qatılır. Şirə hazır olandan sonra zövqə görə bir daha duz vurmaq olar. Şirə 2 saatdan az olmayaraq soyuducuya yerləşdirilir.

Bu arada fıstıq ləpələri, 4-5 ədəd reyhan yarpağı və bir çimdik duzu mətbəx kombaynından keçirilir və ya bıçaqla xırda doğranır. Balaca boşqabda üzərinə bir qədər zeytun yağı vurulur və qarışdırılır. Şirə süfrəyə verildikdə üzərinə fıstıqdan hazırlanmış ədviyyat əlavə edilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!