Ev üsulu buzlu çay resepti

Ev üsulu buzlu çay resepti
Dadlı Reseptlər
10.09.2017 4
Tərkibi:

2 stəkan çay dəmi

2 çay qaşığı toz şəkər

2 ədəd orta ölçülü şaftalı

4 halqa limon dilimi

4 ədəd nanə budağı



Hazırlanması:

Çayı dəmləmədən soyuq suyun altında tutub yuyun. Sonra 2 stəkan dəm əldə edəcək şəkildə dəmləyin.



Çayı dəmləyərkən 5 çay qaşığı quru çay istifadə edin.



10
dəqiqə dəmlədikdən sonra isti-isti su qabına boşaldın. Şəkər istifadə
etmək istəyirsinizsə, onu da isti-isti əlavə edin və qarışdırın.



İlıq çaya limon dilimləri də əlavə edin və qarışdırın.



Bir ədəd şaftalını yuyun, soyun və dilimləyin.

Şeftalinin birini, yıkayın, soyun ve dilimleyin. Kiçik bir qazanda bunları 2,5 stəkan su ilə 20 dəqiqə vam odda bişirin.



Bişmiş şaftalını suyu ilə birlikdə çay dəminə əlavə edin.



Sonra bunları soyuducuda soyumağa qoyun.

Digər şaftalını yuşub dilimləyin. Buz istifadə ediləcəksə buzu stəkanlara qoyun.



Servis edərkən stəkanlara buz, təzə doğranmış limon dilimi və nanə yarpağı ilə təqdim edin. Digər limon dilimləri qabda qalsın.



Daha çox nanə dadı istəyirsinizsə, çayı soyuducuda soyutmağa qoyanda içərisinə nanə əlavə edə bilərsiniz.



Nuş olsun!скачать dle 11.3
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!