Süzmə ayran resepti

Süzmə ayran resepti
Dadlı Reseptlər
10.09.2017 14
Tərkibi:

Qatıq

Duz

Mineral su



Hazırlanması:

Süzmə
hazırlamaq üçün əvvəlcə geniş bir tənzif götürülür. Bir neçə dəfə
qatlanılır. Bundan sonra tənzif bir qabın içərisinə qoyulur və qatıq
buraya əlavə edilir. Sonra qatıq olan tənzif ağzı bükülür, bağlanılır və
yüksək bir yerdən asılır. Qatıq suyunu tam süzməsi üçün üzərinə ağırlıq
qoyulur və bu şəkildə gözlədilərək qatığın suyunu tam verməsinə nail
olunur.



Süzmədən hazırlanan ayran, daha ləzzətli olur.



Süzmə
hazır olduqdan sonra ayran hazırlayacağımız qaba ehtiyac olduğu qədər
əlavə edilir. Üzərinə çox az mineral su əlavə edilir və qarışdırılır.
Süzmə qatıq biraz durulaşdıqdan sonra lazım olan qədər mineral su əlavə
edilir və qarışdırılır.



Ayranın içərisində suda əriməmiş hissəciklərin qalmaması üçün, süfrəyə verilməmişdən əvvəl süzgəcdən keçirtmək məsləhətdir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!