Öskürəyə qarşı güclü iki sirop resepti

Öskürəyə qarşı güclü iki sirop resepti
Dadlı Reseptlər
10.09.2017 268
Havanın soyuması ilə soyuqdəymə, qrip və öskürək problemləri özünü göstərməyə başlayıb.



Tərkibi:

Zəncəfil

1 stəkan bal

2 dilim limon

Su



Hazırlanması:

Zəncəfili soyub hissələrə bölün. Limonların qabığını rəndələyin. Kiçik bir tavaya 1 stəkan su tökün. İçinə zəncəfili əlavə edin. 2 yemək qaşığı rəndələnmiş limon qabığını da tökün. Qarışıq qaynayana qədər bişirin. Sonra süzüb soyumağını gözləyin. Bir stəkan balı qazana qoyub isidin. Sonra qarışığı balla qarışdırın. 1-2 dəqiqə qarışdırandan sonra dəmlənməsini gözləyin.

Darçınlı çobanyastığı siropu



Tərkibi:

1 litr su

100 qram rəndələnmiş zəncəfil kökü

225 qram çobanyastığı

30 qram gülxətmi kökünün tozu

15 qram darçın

60 ml limon suyu

240 ml bal



Hazırlanması:

Orta ölçülü qazana sadalananları töküb yüksək odda qaynadın. Qaynamağa başlayanda odu azaldın. Suyun miqdarı yarıya enənə qədər qarışığı zəif odda saxlayın. Qarışığı süzgəcdən keçirin. Su soyuduqdan sonra  limon suyu və bal əlavə edib yaxşıca qarışdırın. Əldə edilmiş siropu hava keçirməyən şüşə bankaya tökün. Soyuduqdan sonra onu soyuducuda 2 ay saxlaya bilərsiniz. Öskürək əleyhinə hazırladığınız bu qarışıqdan uşaqlara gündə 1 çay qaşığı, böyüklərə isə 1 xörək qaşığı verin.

Məlum olduğu kimi, balın tərkibində öskürək sakitləşdirici təbii komponentlər var. Zəncəfil isə qıcıqlanmanı aradan qaldırır, həmçinin bəlğəmgətiricidir. Çobanyastığı isə boğaz əzələlərini boşaldır, beləliklə, boğaz ağrısını saktləşdirir. Gülxətmi kökünün tozu bütün bitkilər arasında ən güclü sinəyumşaldıcı, bəlğəmqovucu təsirə malikdir. Darçın isə siropa həm ləzzət qatır, həm də immuniteti gücləndirir.

Öskürəyə səbəb olan əsas xəstəliyin müalicəsi ilə yanaşı, xəstələr bol-bol maye qəbul etməli, evdə və iş yerində otağın havası tez-tez dəyişdirilməlidir. Üzərinə bir az zəncəfil və bir çay qaşığı bal əlavə olunmuş cökə, ada çayı, nanə-limon çayları da öskürək əleyhinə olduqca effektli təsir göstərir. Bal, xüsusilə də kiçik uşaqlarda tez-tez rast gəlinən tənəffüs yolları infeksiyası üçün çox faydalıdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!