İmmuniteti gücləndirən çay qədim tibet resepti

İmmuniteti gücləndirən çay qədim tibet resepti
Dadlı Reseptlər
10.09.2017 28
Payız-qış mövsümlərində insanlar soyuqdəymə və qrip xəstəliklərinə daha tez-tez tutulur.



Bu xəstəliklərin profilaktikası üçün immun sisteminizi möhkəmləndirin. Təqdim etdiyimiz qədim çay resepti sizə bu işdə kömək edəcək. Belə hesab olunur ki, bu resesptdən qədim Tibet təbibləri istifadə edirdilər. Bu çay möcüzəli içki sayılırdı, zəif, xəstəlik keçirmiş insanları ayağa qaldırıdı.



Tərkibi:

- Yaşıl çay - 2 çay qaşığı

- Nanə - 10 yarpaq

- Sürtgəcdən keçirilmiş zəncəfil kökü - 1 çay qaşığı

- Bal - 1 xörək qaşığı

- Mixək - 2 dənə

- Su - 1/2 l

- 1/2 limonun şirəsi



Hazırlanması:

Yaşıl çay, zəncəfil, mixək və nanə çaydanda çay kimi dəmlənir. 30 dəqiqədən sonra (çay ilıq olmalıdır) çayı süzün, bal və limon əlavə edin. Çayı termosa tökün və gün ərzində ilıq halda için. Bunu hər gün etmək lazımdır.

Belə çay həm xəstəliklərin profilaktikası məqsədi ilə, həm də soyuqdəymə xəstəlikləri zamanı içmək olar. Çay sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!