Vişnə şirəsi resepti

Vişnə şirəsi resepti
Dadlı Reseptlər
10.09.2017 10
Tərkibi:

1 kq. vişnə

1 kq şəkər tozu.



Hazırlanması:

1. Şirə hazırlanacaq vişnələri yuyun, sonra çiyidlərini çıxardın.

2.
Şüşə qab götürün. Bir sıra vişnə düzün, üzərinə şəkər tozu qoyun. Onun
üzərindən yenə vişnə düzüb üzərinə şəkər tozu qoyun. Bu şəkildə sıralama
ilə vişnələrin hamısını şəkərləyin.

3. Vişnələr sulanıb şəkərlər əriyənə qədər təqribən 1 gün gözləyin.

4. Vişnələri şirənin içərisindən bir qaşıq vasitəsi ilə çıxardın.

5. Qalan suyu süzgəc ilə süzün.

6. İstifadə edərkən içərisinə su qatın.

Qeyd: Vişnə suyu daha turş xoşlayırsınızsa şəkərin miqdarını az edin.

Qeyd:
Meyvələri tort bəzəyi, pirojna və s. istifadə etmək üçün ehtiyatla
əzmədən bir torbaya qoyun və soyuducunun dondurucu hissəsinə
yerləşdirin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!