Şaftalılı buzlu çay resepti

Şaftalılı buzlu çay resepti
Dadlı Reseptlər
10.09.2017 18
Tərkibi:

2 stəkanı dəmli çay,

2 ədəd şaftalı,

6 stəkan su,

1 su stəkanı şəkər,

1 çay qaşığı limon duzu,

1 ədəd limon,



Hazırlanması:

Əvvəlcə şaftalını təmiz yuyun.

Yuyulan şaftalının suyunu dəsmal ilə silin.

Sonra həmən şaftalıları iri parçalara bölüb qazana alın.

Üzərinə 6 stəkan suyu əlavə edib qaynamağa qoyun.

2 yemək qaşığı ətirli çay və 1 yemək qaşığı normal çayı 3 stəkan suyla dəmləyin.

Şaftalılar təmiz yumşalıncaya qədər bişirib altını söndürün.

20 dəqiqə o şəkildə saxlayın və sonra cunadan süzün.

Çay dəmləndikdən sonra onu da eyni qaydada süzün.

Çayı da süzdüyünüz suya əlavə edin.

1 su stəkanı şəkər, limon duzu və 4 parçaya bölünmüş limonu süzdüyünüz suya əlavə edib qarışdırın.

Soyuduqdan sonra soyuducuya qoyun.

Ertəsi gün limonları içindən alın (Limon çox qalarsa çayınızın dadı dəyişər.)

Hazırladığınız çay 2 gün içərisində tükədilməlidir.

Soyuq halda servis edin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!