Qarpız limonadı resepti

Qarpız limonadı resepti
Dadlı Reseptlər
10.09.2017 32
Tərkibi:

2 dənə limon suyu,

1 limon qabığı rəndəsi,

2 yemək qaşığı şəkər və ya bal,

2 su stəkanı qarpız suyu,



Hazırlanması:

Əvvəlcə qarpızı təmiz yuyun.

Yuyulmazsa üzərində olan toz zəhərlənməyə səbəb ola bilər.

Sonra qarpızı dilimlərə ayırın.

Böyük bir qarpız diliminin qabığını soyub çəkirdəklərini təmizləyin.

Təmizlədiyiniz qarpız dilimini mətbəx robortunda çəkin.

İki stəkan qarpız suyu əldə edin.

Hazırladığınız qarpız suyunu süzüb su qabına yığın.

Bir dənə limonu yuyub, sonra qabığını rəndələyin.

Üzərinə 2 yemək qaşığı şəkər və iki limonun suyunu sıxın və limonları da bir az əlinizdə ovun.

Süzərək su qabına alın , üzərinə soyuq su və buz əlavə edərək servis edin

Not: Şəkəri istəyə görə az və ya çox da istifadə edə bilərsiniz.

Qarpız limonatına təzə nanə də əlavə edə bilərsiniz.

Əvvəlcə nanə yarpaqlarını yuyun.

Hazırladığınız içəcəyin içərisinə təzə nanə yarpaqları da əlavə etsəniz fərəhlədici bir limonat olacaqdır.

Təzə -təzə istifadə etməniz daha məqsədə uyğundur.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!