Zəncəfil çayı resepti

Zəncəfil çayı resepti
Dadlı Reseptlər
10.09.2017 9
Statistika göstərir ki, qış aylarında mədə xəstəliklərindən şikayət edənlərin sayı artır.

 

Mədənizdə qıcıqlanma, yanğı və şişkinlik hiss edirsinizsə,  zəncəfil çayını sınaqdan keçirin.

 

Tərkibi:

Baş barmaq böyüklüyündə təzə zəncəfil

3 ədəd mixək

1 stəkan qaynar su

1 çay qaşığı adaçayı

 

Hazırlanması:

1
stəkan qaynar suyu, zəncəfili və mixəyi çaydana töküb 6 dəqiqə
qaynadın. Daha sonra çaydanı ocaqdan götürün. Çayın daha 10 dəqiqə
dəmlənməsini gözləyin. Onun dadını yaxşılaşdırmaq üçün içinə bal və ya
limon şirəsi əlavə edə bilərsiniz.

 

Çayın tərkibindəki zəncəfil mədəyə yaxşı təsir etməklə bərabər, immunitetinizi də gücləndirəcək.

 

Adaçayı
da eynilə zəncəfil kimi mədə üçün faydalıdır. Bu çay sayəsində həm mədə
problemlərindən xilas olacaq, həm də qripdən qorunacaqsınız.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!