Almalı, köklü və zəncəfilli içki resepti

Almalı, köklü və zəncəfilli içki resepti
Dadlı Reseptlər
10.09.2017 16
Orqanizmi müxtəlif zərərli maddələrdən təmizləmək evdə hazırlanmış
içkilərlə mümkündür. Almadan, kökdən və zəncəfildən hazırlanan bir içki
bu işdə sizə yardımçı ola bilər. Tərkibinə qatacağınız ərzaqlarda o
qədər faydalı vitaminlər, karbohidratlar, zülallar, dəmir Beta
karotinlər var ki, bunlar da sağlam həyatın təminatçılarıdır.



Qadınlar.biz  sizlərə ev şəraitində hazırlaya biləcəyiniz detoks-içkini təqdim edir.



Yerkökünün xərçəngin qarşısının alınmasında rolu böyükdür. Onun
tərkibində ki, Beta karotin adlı maddə ağciyər xərçənginin qarşısını
almaga kömək edir.Almanın isə faydasını biməyən yoxdur. Bir çox
ölkələrdə aparılan araşdırmalar alma şirəsinin virusları 100% məhv
etdiyini ortaya çıxarıb.



Zəncəfil bitkisinin faydasını görmək istəyirsinizsə, bu bitkini
nizamlı olaraq qəbul etməlisiniz. Zəncəfilin çox faydalı olmasına
baxmayaraq, xalq arasında yayılan tək faydası soyuqdəymədə, ya da qripə
yoluxmanın qarşısını alınması zamanı istifadə edilməsidir. Eyni zamanda
yorğunluğa da aradan qaldırır. 



İllərdir bu bitki üzərində araşdırmalar aparılıb və həqiqətən də
zəncəfilin qrip və soyuqdəyməni aradan qaldırmasında təsirli olduğu
isbat edilib. İndi isə bu zəngin vitaminli üçlüyü qarışdırmaqla
orqanizmə bir anda daha effektli təsir edə bilərsiniz.



Tərkibi:

4 ədəd alma

3 ədəd kök

1-1.5 sm təzə zəncəfil kökü.



Hazırlanması:

Hazırlanma qaydası çox sadədir. Təmizlədiyiniz zəncəfil kökünü
sürtgəcin incə gözündən keçirin. Almanı və kökün şirəsini şirəçəkənlə
çəkin. Ən sonda böyük bir badə götürərək onun içərisinə əlavə edib
qarışdırın. Vitaminli detoks içki artıq hazırdır.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!