Ərik kompotu resepti

Ərik kompotu resepti
Dadlı Reseptlər
10.09.2017 13
Tərkibi:

1,5 stəkan quru ərik

1 stəkan şəkər tozu

4 stəkan su



Hazırlanması:

Quru
əriklər yuyulur, kompotun hazırlanmasına başlamadan ən az 2 saat əvvəl
quyu bir qabda 2 stəkan su ilə isladılır. Qazana 4 stəkan su və 1 stəkan
şəkər qoyulur, orta odda qaynadılır. Qaynayan şəkərli suya islatma suyu
ilə birlikdə şişmiş quru əriklər əlavə olunur. Kompot az odda, quru
əriklər təzə ərik böyüklüyündə gəlincəyə qədər bişirilir. Kompot
bişirilən qazanda soyuduqdan sonra, soyuducunun alt rəfinə
yerləşdirilir. Kompot yaxşıca soyuduqdan sonra servis edilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!