Şaftalı kompotu resepti - FOTO RESEPT

Şaftalı kompotu resepti - FOTO RESEPT
Dadlı Reseptlər
10.09.2017 21
Tərkibi:

şaftalı

şəkər tozu

3-5 ədəd şüşə banka

3-5 ədəd metalik banka qapağı

banka bağlamaq üçün açar

qaynar su ilə dolu çaynik

sterilizə etmək üçün qazan



Hazırlanması:

Əsasən sağlam şaftalılardan kompot hazırlanır, biraz əzik olanlardan isə mürəbbə etmək olar.



1. Lazım olan inqredientlər hazırlanır.



2.
İlk olaraq şaftalılar yaxşı yuyulur, banka qaynar su ilə yaxalanır,
sonra isə ehtiyyatla şaftalılar bankalara doldurulur. Doldurulan kimi
üzərinə şəkər tozu əlavə edilir, 2 litrlik bankaya 1 - 1,5 stəkan şəkər
tozu. Əgər siz kompotu çox şirin xoşlayırsınızsa, o zaman 1,5 stəkan
şəkər tozu əlavə edə bilərsiniz.



3. Banka qaynar su ilə doldurulur.



4
Şaftalılarnan məşğul olduğunuz zaman, sterilizə üçün bir qazan
götürülür. Həmin qazana yarısından bir qədər çox miqdarda su əlavə
edilir. Sonra qazandakı su qaynama həddinə gətirilir, dibinə dəsmal
qoyaraq banka həmin suya, dəsmalın üzərinə salınır. Qazandakı su
bankanın 2/3 hissəsini örtməlidir. Qazanın dibinə isə dəsmal ona görə
qoyulur ki, banka birbaşa qaynar qazana toxunmasın, yoxsa çatlayar.



5. Bankanın ağzına kimi qaynar su əlavə edilir.



6. Bankanın qapağını qaynar su ilə yuyub, banka qazanda qaynayan suda olarkan ağzına qoyulur.



7.
Belə halda banka qaynayan suda 12-15 dəqiqə qalıb sterilizə olunur.
Sonra bankalar tez bir zamanda oradan çıxarılıb qapaqları banka açarı
ilə bağlanır.



8. Bankanı sirkələyib tam bağlanmasını yoxlamaq lazımdır. Əgər su damcısı varsa qapağı birdaha sıxmaq lazımdır.



9.
Bəzən bankanın dibində tam həll olunmamış şəkər qala bilər. Bu normal
haldır və bankanı biraz sirkələsəz şəkər tozu tam həll olunacaq.



10. Bankanı ağzı üstə qoyub tam soyumasını gözləmək lazımdır.



11. Bütün bankalar hazır olduqda, onlarında soyumasını gözləmək lazımdır.



12. Bankalar soyuyandan sonra onları çeviririk. Qalır onları sərin yerə yerləşdirib qışa qədər saxlamağınız.

























































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!