Heyva kompotu resepti - FOTO RESEPT

Heyva kompotu resepti - FOTO RESEPT
Dadlı Reseptlər
10.09.2017 71
Tərkibi:

Bir ədəd 2 litrlik banka üçün:

2 ədəd heyva

1 stəkan şəkər tozu

2 litr su



Hazırlanması:

1. İnqredientlər hazırlanır.



2.
Şəkildə 3 heyva olmağına baxmayaraq, hazırlayarkən məlum oldu ki 2 ədəd
heyva bəs edir. Heyva yuyulur, özəyindən təmizlənir, sonra isə kubik
şəklində doğranılır.



3. Doğranılan heyvalar bir qazana yığılır.



4. Qazandaki heyvaların üzərinə, su və 1 stəkan şəkər tozu əlavə edilir.



5.
Sonra oda qoyulub qaynama həddinə çatdırılır. Qaynadıqdan sonra, dadıb
görsəniz ki şəkəri azdır, o zaman hazırlanma etapında birdaha şəkər
əlavə edə bilərsiniz.



6. Kompotu 15-20 dəqiqə bişirib, sonra odu söndürüb və qazanın ağzını bağlayırıq ki soyusun.



7. Heyva kompotu sarı rəngdə alınır. Soyuyan kimi kompot artıq istifadəyə hazırdır.













































Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!