Sarımsaq turşusu resepti

Sarımsaq turşusu resepti
Dadlı Reseptlər
10.09.2017 23
Tərkibi:

1 litrlik banka üçün

10 baş sarımsaq (təxminən yarım kilo)

4 ədəd dəfnə yarpağı

4 ədəd mixək

5-6 ədəd yumru qara istiot

2 xörək qaşığı iri duz

təxminən 2 stəkan üzüm sirkəsi



Hazırlanması:

1. Sarımsaq başlarının üst qabığını bir neçə lay soyun. Elə edin ki, dişlər ayrılmasın, baş bütov qalsın.



2. Sarımsağı bankaya yığın. İçinə dəfnə yarpağı, mixək və istiotu əlavə edin. Sirkə tökün.



3. Bankanı bağlayın. Ehmallıca o tərəf bu tərəfə döndərin ki, ədvalar
yayılsın. Bankanı sərin yerə qoyun.Turşu təxminən 2 aya hazırdır.

Qeyd: Sarımsaq bankalarda 2 il belə qala bilər. Nə qədər çox qalsa, bir o qədər dadı yaxşı olar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!