Əsl molokan kələminin resepti

Əsl molokan kələminin resepti
Dadlı Reseptlər
10.09.2017 24
Duzlu kələm çox faydalı məhsul sayılır.

Duzlu
kələm həzm sistemi üçün çox faydalıdır - bağırsaqları təmizləyir,
bağırsaqların mikroflorasına müsbət təsir edir, disbakterozu müalicə
edir.

Sizə əsl molokan kələminin reseptini təqdim edirik.



Tərkibi:

- Kələm - 3 kq

- Kök - 3 dənə

- Duz - 2 xörək qaşığı

- Şəkər tozu - 1 xörək qaşığı

- Su - 1 l



Hazırlanması:

1. Kələmi və kökü xırda-xırda doğrayın və yaxşı qarışdırın.

2. Emallı qazana yığın.

3. 1 l suya duz və şəkər əlavə edin və qaynara düşənə kimi qızdırın.

4. Su soyuyandan sonra kələmin üzərinə tökün və 3-4 gün saxlayın. Kələmi hər gün qarışdırmaq lazımdır.

5. Kələmin üzərində qabarcıqlar əmələ gəldikdə kələm hazır sayılır.

6. Hazır kələmi şüşə bankalara yığın və sərin yerdə saxlayın.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!