Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı resepti

Soyuqdəymənin qarşısını alan qədim hind Masala çayı resepti
Dadlı Reseptlər
10.09.2017 27
Bu çay güclü iltihab və mikrobəleyhinə təsirə malikdir, immuniteti
möhkəmləndirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.
Soyuq qış günlərində Masala çayı soyuqdəymə xəstəliklərinin ən yaxşı profilaktikasıdır.



Tərkibi:

- 200 qr süd

- 200 qr su

- 3 xörək qaşığı şəkər tozu (zövqə görə artırmaq və ya azaltmaq olar)

- 3 çay qaşığı yaxşı qara çay

- 1/3 çay qaşığı üyüdülmüş zəncəfil

- 1/3 çay qaşığı üyüdülmüş darçın

- 2 dənə mixək

- 2 dənə hil



Hazırlanması:

1. Su və süd qazana tökülür, ədviyyatlar əlavə olunur. Vam odda 2-3 dəqiqə ərzində qaynadılır.

2. Şəkər tozu və çay əlavə olunur. Yenə də 2-3 dəqiqə ərzində vam odda qaynadılır.

3. Fincanlara (100 ml) süzgəcdən süzülür və isti halda içilir.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!