Almalı-armudlu limonad resepti - FOTO RESEPT

Almalı-armudlu limonad resepti - FOTO RESEPT
Dadlı Reseptlər
10.09.2017 31
Tərkibi:

20 q limon

20 q alma

20 q armud

10 q moruq

3 q nanə

2 x.q. şəkər tozu

600 ml su



Hazırlanması:

Limonu yuyub qabığını soyun.





Limon
qabığının üzərinə su töküb ocağın üstə qoyun, şəkər tozu səpib
qarışdıra-qarışdıra şəkər tozu əriyənədək bişirin. Ocaqdan götürün.
Qapağını örtüb 30 dəqiqə dəmləyin, soyudun. Süzün.





Almanı yuyub dilimləyin. Fiqurlar da kəsə bilərsiniz. Armudu da eyni qaydada hazırlayın.





Moruğun saplaqlarını təmizləyin. Nanəni yuyub qurudun.





Stəkanlara alma, armud dilimləri, moruq qoyun, üzərinə limonad tökün. Buz parçaları da əlavə edə bilərsiniz. Nanə ilə bəzəyin.



Limonad alma və armudun dadını verəcək.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!