Evdə hazırlanan sarımsaq çayı resepti

Evdə hazırlanan sarımsaq çayı resepti
Dadlı Reseptlər
10.09.2017 35
Sarımsaq
çayı bədəndə toplanan artıq yağları əridir, orqanizmdən toksinləri
atır. Həzm sisteminə yaxşı təsir edir. Hollivud ulduzu Ancelina Colinin
ən sevimli çayı olan sarımsaq çayını məşhur diyetoloq Əndər Saraç da
tövsiyə edir. 



Qadınlar.biz arıqlamaq istəyənlərə asan hazırlanan sarımsaq çayı reseptini təqdim edir: 



Tərkibi:

- Təzə zəncəfil (və ya toz zəncəfil) 

- Sarımsaq 

- Limon şirəsi 

- Bal 



Hazırlanması:

2
stəkan qaynayan suyun içərisinə 4-5 ədəd zəncəfil (və ya 2 çay qaşığı
toz zəncəfil) töküb təqribən 6 dəqiqə qaynadın. Daha sonra 2 ədəd böyük
sarımsağı rəndələyib qarışığın içərisinə tökün. 1 çay qaşığı təzə
sıxılmış limon şirəsi də əlavə edib ocağı söndürün, çay ilıq hala
gələndən sonra 2 çay qaşığı balı əlavə edərək çaya dad verin. 



Bu
çaydan səhər və axşam bir fincan için. Sarımsaq çayını acqarına və
yeməkdən dərhal sonra içmək məsləhət deyil. Yeməklərdən 1 saat sonra
içsəniz, daha yaxşı təsir edər.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!