Zəncəfillə südlü çay resepti

Zəncəfillə südlü çay resepti
Dadlı Reseptlər
10.09.2017 12
Tərkibi (2 pay): 

1,5 st. su

2 dolu x.q. təzə zəncəfil

1 st. süd

2 ç.q. qara çay (iriyarpaq)

3 ç.q. şəkər tozu (zövqə görə)



Hazırlanması:

Dərin tavaya 1,5 st. su töküb qaynadın. 

Zəncəfilin qabığını təmizləyin, sürtgəcin xırda gözündən keçirin (2 x.q. lazımdır). Zəncəfilin qalanını soyuducuya qoyun.  

Su qaynayanda 3 ç.q. şəkər tozu səpin (az və ya çox da ola bilər), zəncəfili əlavə edib 1-2 dəqiqə qarışdırın. 

Suyun rəngi saralanda 2 x.q. quru çay əlavə edib 1 dəqiqə dəmləyin. 

Sonra südü əlavə edin, qaynara düşəndə ocağı söndürün, tavanın qapağını qoyub çayı 4-5 dəqiqə dəmləyin. 

Fincanlara süzgəcdən süzün. 

Süfrəyə şirniyyat və quru meyvə ilə verə bilərsiniz. 

Qeydlər: 

Şəkər tozu yerinə bal götürə bilərsiniz.

Adətən zəncəfili dəmləyərkən suya 1-2 mixək, darçın çubuğu, yaxud 1 ç.q. üyüdülmüş hil də əlavə edirlər. 

Qara çay əvəzinə yaşıl çay götürmək olar. 

Soyuqdəymə,
boğaz ağrısı, yorğunluq və üşütməniz olarsa, bu çaya 25-30 q rom əlavə
edə bilərsiniz. Belə halda o, qızdırmanı da salır. 

Zəncəfilin "doza"sını artırmayın. Çünki allergiyaya səbəb ola bilər.



Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!