Limonad - nanəli, tərxunlu və çiyələkli (Amerika mətbəxi) resepti

Limonad - nanəli, tərxunlu və çiyələkli	(Amerika mətbəxi) resepti
Dadlı Reseptlər
10.09.2017 8
Tərkibi:

su - 1 l

limon - ½ ədəd

laym - ½ ədəd

nanə - zövqə görə

tərxun - zövqə görə 

çiyələk - 6 ədəd

narın şəkər tozu -zövqə görə

buz - zövqə görə



Hazırlanması: 

1. Limon və laymı dilimləyib, suyunu şəffaf kuzəyə sıxın.

2. Sıxılmış limon və laym qabıqları, çiyələk, nanə və tərxun budaqlarını da kuzəyə tökün.  

3. Şəkər tozu səpin. 

4. Kuzənin 1/5 hissəsini qaynar su ilə doldurub bir müddət saxlayın. 

5. Soyuq su töküb buz əlavə edin. Bu cür limonada bir neçə dəfə su əlavə etmək olar.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!