Çiyələkli orandj resepti

Çiyələkli orandj resepti
Dadlı Reseptlər
10.09.2017 9
Tərkibi:

portağal - 6 ədəd

limon - 2 ədəd

şəkər tozu - 400 qr.

su - 2 l

çiyələk - 200 qr.

buz - zövqə görə



Hazırlanması: 

1. Portağal və limonu yuyun. Limon qabığını sürtgəcdən keçirib
qazana tökün, soyuq su və şəkər tozu əlavə edin. Vam alovda
qarışdıra-qarışdıra şəkər həll olana kimi bişirin. Qapağını qoyub
alovdan götürün, soyudun. 

2. Sitrus meyvələrinin suyunu sıxın. Şərbət soyuduqdan sonra şərbəti
meyvə suyunun üzərinə süzün. Çiyələk dilimləri əlavə edib soyuducuya
qoyun. Süfrəyə buzla verin.



Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!