Çiyələk limonadı resepti

Çiyələk limonadı resepti
Dadlı Reseptlər
10.09.2017 9
Tərkibi (2-3 pay):
400 ml su
70-90 q şəkər tozu
150 q çiyələk
1 limonun sedrası
100 ml limon şirəsi
nanə
bəzək üçün çiyələk və limon dilimləri
buz

Hazırlanması:
Şəkər tozu, sedra və suyu qazana tökün. Şəkər tozu əriyənədək bişirin. Soyudub süzün.
Çiyələyi təmizləyib blenderdə xırdalayın. Limon şirəsi əlavə edib süzün. Soyumuş şərbəti əlavə edib qarışdırın, stəkanlara süzün, buz, nanə yarpaqları, çiyələk və limon dilimləri əlavə edin.
(Limonla şəkər tozunu qədərini zövqə görə ayarlaya bilərsiniz)

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!