Üzüm kompotu resepti

Üzüm kompotu resepti
Dadlı Reseptlər
10.09.2017 23
Tərkibi:
2 stəkan üzüm giləsi (və ya quru üzüm-kişmiş istifadə edəcəyiniz təqdirdə 1 stəkan kişmiş yetərlidir”
5 stəkan su
1 stəkan şəkər tozu
Çubuk darçın (istəyə görə) və ya 2 ədəd mixək

Hazırlanması:
Kompot hazırlamaq üçün əvvəlcə üzümlər ayırlnanır. Bundan sonra təmiz suda 1-2 dəfə yuyulub durulanır.

Orta ölçülü bir qazan götürülür. Bu qazana su, şəkər tozu, darçın (və ya mixək) və təmizlənmiş üzüm gilələri (və ya təmizlənib yuyulmuş kişmiş) hamısı birlikdə qoyulur. Şəkər suda tamamən əriyənə qədər qarışdırılır.

Üzüm kompotu vam odda təqribən 15 dəqiqə qaynadılır. Bundan sonra ocaqdan götürülür. Kompot otaq temperaturuna gələnə qədər soyuması gözlənilir.

Bundan sonra kompot soyuducuya alınır və burada istənilən temperatura qədər soyudulur.

Kompot soyuq halda servis edilir.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!