Limonad necə hazırlanır?

Limonad necə hazırlanır?
Dadlı Reseptlər
10.09.2017 15
Tərkibi:
6 ədəd limon
1 ədəd portağal
1 su stəkanı toz şəkər
5 su stəkanı qaynar su
Təzə nanə yarpaqları

Hazırlanması:
Limonların və portağalı qabıqlarını rəndələyin.
Limonları sıxın və suyunu kənarda gözlədin.
Böyük bir qaba limon suyunu, rəndələnmiş qabıqları, şəkəri və ardından qaynar suyu əlavə edin.
Hamısını yaxşıca qarışdırın.
Tamamilə soyuduqdan sonra soyuducunda 2 saat gözlədin.
Stəkana buz doldurun.
Limonadı stəkana doldurduqdan sonra nanə yarpaqları, alma, portağal ya da limon dilimləri ilə bəzəyərək servis edin.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!