Albalı kompotu

Albalı kompotu
Dadlı Reseptlər
10.09.2017 27
Tərkibi:
2 litr su (10 su stəkanı),
1 kilo albalı (1 yemək qabı dolusu ayırd edilmiş albalı),
6 yemək qaşığı toz şəkər (1 su stəkanından 1 barmaq əskik).

Hazırlanması:
Albalı kompotu hazırlamaq üçün əvvəlcə dərin bir qazana 2 litr (10 su stəkanı) su qoyulub, qazın üzərində qaynamağa buraxılar.
Albalılar saplarından ayrılar və gözəlcə yuyulub, təmizlənər.
Təmizlənən albalılar, qaynayan suyun içərisinə əlavə edilər.
Üzərinə toz şəkər əlavə olunar və albalılar yumşalana qədər bişirilər.

Albalılar yumşalınca albalı kompotu qazın üzərindən alınar və otaq istiliyində soyumağa buraxılar.
Otaq istiliyində soyuduqdan sonra, soyuducuna qaldırılar və yaxşıca soyuması üçün gözlədilər.
Hazırlanan albalı kompotu, soyuq olaraq servis edilər.

Qeyd: Şəkər miqdarını damaq zövqünüzə görə nizamlaya bilərsiniz.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!