Detoks reseptləri

Detoks reseptləri
Dadlı Reseptlər
10.09.2017 12
Zəncəfilli içki
3-4 sm uzununda təzə zəncəfil kökünün qabığını təmizləyin, xırda doğrayıb üzərinə 1 l qaynar su tökün. Ocağın üstünə qoyun, qaynara düşəndən sonra orta itilikli odda 10 dəqiqə bişirin. Süzün. Soyuduqdan sonra 1 çimdik darçın tozu və bir neçə xörək qaşığı itburnu siropu əlavə edin. Gün ərzində yeməkdən yarım saat əvvəl 100-150 ml qəbul edin. Həzm prosesini və maddələr mübadiləsini normallaşdırır, ümumi möhkəmləndirici effekt verir.

Çuğundur şirəsi

1 çuğundur, 2 alma, 4 kərəviz budağının şirəsini sıxın, gündə iki dəfə (səhər-axşam) yeməkdən yarım saat əvvəl 1 x.q. qəbul edin.

Sağlamlıq kokteyli
1 portağal, 1 limon və 1 yerkökünün şirəsini sıxın, 100 ml mineral suyla qarışdırın. Yeməkdən yarım saat acqarına için. O, yorğunluğu götürür, çünki tərkibində böyük miqdarda antioksidant var.

Xiyar və kərəviz
1 xiyar və kərəviz kökünü xırdalayın, 300 ml su əlavə edin. Gün ərzində için.

Nuş olsun! скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!