Limonlu heyva kompotu

Limonlu heyva kompotu
Dadlı Reseptlər
10.09.2017 51
Tərkibi:
● Heyva - 6 ədəd
● Şərab (ağ, quru) - 2 st.
● Şəkər tozu - 4 st.
● Limon - 3 ədəd
● Qırıntı (vanil) - 2 ədəd

Hazırlanması:
1) Qazana 7 stəkan su və şərab tökün, 1 ədəd limonun şirəsini sıxın. Heyvanın üzərini parça ilə silin, tərəvəz bıçağı ilə qabığını soyun. Meyvəni uzununa dörd hissəyə bölün və tumlarını çıxardın. Bölünmüş heyva dilimlərini həmən su və şərab ilə dolu qazana qoyun.

2) Bütün heyva hazır olduqdan sonra, yarım limon əlavə edin, zəif ocaqda qaynamağa qoyun. Heyvanı yumşaq olana qədər, təqribən 20 dəq. bişirin. Meyvələri aşsüzənə tökün və sterilizə olmuş bankalara yerləşdirin. Şirəsini qazana qaytarın, üzərinə vanil və şəkər tozu əlavə edin. Qaynamağa başlayandan sonra 10 dəq. bişirin. Meyvələrin üzərinə şərbəti tökün və 10-15 dəqiqə sterilizə edin. Kompot 1 gündən sonra hazırdır.

Nuş olsun!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!