Ev şəraitində kəsmik və şorun hazırlanması

Ev şəraitində kəsmik və şorun hazırlanması
Dadlı Reseptlər
10.09.2017 358
 
Kəsmik və Şorun Hazırlanması

Kəsmiyin evdə hazırlanma qaydasının reseptini bir neçə oxucum xahiş etmişdi. Nəhayət ki, resepti buraya yerləşdirə bildim. Məndən sizə bonus hədiyyə isə - kəsmikdən şorun hazırlanma qaydası.

Kəsmik

2-3 istəkan kəsmik üçün

Lazım olan ərzaqlar:

8 stəkan yağlı süd (2 litr)

2 stəkan qatıq

Lazım olan avadanlıq:

Təmiz qazan

2-3 qat tənzif/cuna (qalındırsa bir qat da kifayətdir)

Süzgəc

Kəsmiyin Hazırlanma Qaydası:

Tənzifi süzgəcin üstünə açın.

Südü qazana töküb orta odda arada qarışdıra-qarışdıra qaynadın. Qaynayan kimi, qatığı buraya əlavə edin. Arada qarışdırın. Bir neçə dəqiqədən sonra süd kəsilməyə başyayacaq. Qazanın üstünə qalxan kəsmikdir.

Yavaşca qazanın içindəkiləri tənzifin üstünə tökün. Qoyun kəsmiyin suyu tamamilə süzülsün. Kəsmiyi əlinizlə sıxıb əzməyin. Tənzifin uclarını birləşdrib bağlaya, bə onu bir yerə asa bilərsinizi ki, su daha rahat və tez süzülsün. Kəsmik hazırdır. Diqqətli olun, kəsmiyi çox qurutmayın. Çox qurutsanız, onda kəsmik şor olar. Kəsmiyi soyuducuda 1 həftəyədək saxlamaq olar.

Şorun Hazırlanma Qaydası:

Şor kəsmiyin bir qədər quru növüdür. Bir növ ovxalanan pendirdir. Şor hazırlamaq üçün, tənzifdə suyu süzülmüş olan kəsmiyi tənzifə sarıyın. Üstünə ağırlıq (məsəl üçün, qazan) yerləşdirin. Bir müddət sonda kəsmik bərkiyib şora dönəcək. Şoru soyuducuda saxlayın.

 
Redakte etdi: PRETTY GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!