"Venesiya" salatı

Salatlar
10.09.2017 45
 Lazım olan ərzaqlar:
 
400 qram toyuğun döş əti

300 qram göbələk
200 qram qara gavalı
200 qram holland pendiri
2 ədəd kartof
3 ədəd yumurta
1 ədəd xiyar 
mayonez
Hazırlanması:
Toyuğun döş əti, kartof, yumurta qaynadılır. Gavalı 15 dəqiqə qaynar suda saxlanılır. Göbələklər yağda qovrulur. 
Əvvəlcə salat hazırlayacağımız qaba gavalını bir neçə yerə bölüb düzürük.
Sonra toyuğun döş əti didilib əlavə olunur, mayonez çəkilir.
Kartof kub şəklində doğranıb əlavə olunur, mayonez çəkilir.
Sonra göbələyi əlavə edirik, amma mayonez vurulmur.
Yumurtanı sürtgəcin xırda gözündən keçirib əlavə edirik və yenə mayonez çəkirik.
Növbəti qat iri gözdən keçirilmiş pendir olacaq.
Üst qata isə sürtgəcdən keçirilmiş xiyar qoyulur və zövqə görə bəzədilir.
Nuş olsun!
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!